Sünnətin zərərləri

Sünnət etdirmənin zərərləri haqqında

Hörmətli valideynlər, uşaqlarınızı sünnət etdirməmişdən qabaq bir yox, min dəfə düşünün. İnanın, sünnət olunmanın faydaları haqqında deyilənlərin hamısı yalan və cəfəngiyyatdan başqa bir şey deyil.

Oxuyun lütfən.

Nil Gün (Araşdırmaçı Yazar, "Sünnətlə əlaqədar yalan və gerçəklər" kitabının müəllifi): "Sünnətin sağlamlığa böyük zərərləri var. Kəsilən yalnız işə yaramaz bir dəri parçası deyil. O kəsilən parça, içində sinir uclarının, qan damarlarının, ifrazat vəzlərinin olduğu bir mexanizmdir. O işə yaramaz deyə kəsilən dəri parçasının qoruyucu vəzifəsi və cinsi funksiyası var. Sünnət olduqdan sonra bir çox sahədə kişi zərər görür. 6 min illik bir ənənədir bu. Üst dəri cinsi həzzi artırır. Sünnətlə birlikdə kişinin cinsi həzzi yüzdə 51 ilə yüzdə 80 arasında azalır. Qadınların cinsi həzzini də azaldır. "

Dr. Heydər Dümen (Seksoloq): "Sünnət tamamilə mənfi bir hərəkətdir. Başdan sona səhvdir. Çünki adı istər Tanrı, istər təbiət olsun, kainatın prosesləri içində bədənimizdə nə bir hüceyrəmiz çox, nə də əskikdir. Buna görə təbiət, ya da Tanrı xətalı məhsul istehsal etməz. "

Ord. Prof. Op. Dr. Cəmil Topuzlu (Cərrah): "Sünnətdən sonra sinir xəstəliklərinə tutulan uşaq xeyli çoxdur. Sünnətin əsla faydası yoxdur, əksinə ziyanı və təhlükəsi var. "

Prof. Dr. Osman Inci (Urologiya): "Sünnət erkən boşalmağa səbəb olur. Sünnətsiz kişinin cinsi gücü sünnətli kişininkindən daha çoxdur "

Məqalənin davamını linkdən oxuya bilərsiniz:

https://sunnetinzararlari.wordpress.com